Xorvatiya futbol millisinin baş məşqçisi Zlatko Daliç vəzifəsindən ayrılıb.
İdman.Biz xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyası məlumat yayıb.
59 yaşlı mütəxəssis 2017-ci ildən Xorvatiya yığmasını çalışdırırdı.
Onun rəhbərliyi altında komanda 2018-ci il dünya çempionatında finala yüksələrək gümüş medal qazanıb. Daliç həmçinin millini DÇ-2022-də bürünc medallara daşıyıb.
Xorvatiya yığması Daliçin rəhbərliyi altında ümumilikdə doqquz il çıxış edib və bu müddətdə ölkə futbolunun ən uğurlu dövrlərindən birini yaşayıb.
