FIFA futbol üzrə DÇ-2026-da Argentina və Kabo-Verde yığmaları arasında keçirilən oyunla bağlı araşdırmaya başlayıb.
İdman.Biz xəbər verir ki, buna tanınmış strimer və yutuber “IShowSpeed”lə bağlı insident səbəb olub.
Hadisə iyulun 3-də Mayamidəki “Hard Rock Stadium”da baş tutan pley-off matçı zamanı yaşanıb. Görüntülərə əsasən, Argentina formasında olan azarkeşlərdən biri “IShowSpeed”ə qarşı irqçi ifadə işlədib.
FIFA məsələ ilə bağlı araşdırma başladığını açıqlayıb. Qurum irqçilik, nifrət və diskriminasiyanın bütün formalarını qəti şəkildə pislədiyini bildirib.
Qeyd edək ki, Argentina həmin görüşdə Kabo-Verdeyə 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
