Misir FIFA-ya şikayət etdi: Hakim oyunu dəyişdi

8 İyul 2026 09:53
57
Misir FIFA-ya şikayət etdi: Hakim oyunu dəyişdi

Misir futbol millisi DÇ-2026-nın 1/8 finalında Argentinaya 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

İdman.Biz xəbər verir ki, Misir Futbol Federasiyası qarşılaşmanın fransalı hakimi Fransua Leteksyenin idarəçiliyindən FIFA-ya rəsmi şikayət ünvanlayıb.

Federasiya referinin matç ərzində bir neçə ciddi səhvə yol verdiyini iddia edir. Qurumun prezidentinin sözlərinə görə, hakim briqadasının qərarları oyunun nəticəsinə təsir göstərib.

Misir tərəfi xüsusilə Leteksyenin epizodlara fərqli yanaşmasından narazıdır. Federasiya onun “ikili standartlar” tətbiq etdiyini və bunun komandanın məğlubiyyətində rol oynadığını bildirib.

Qeyd edək ki, Argentina bu qələbə ilə DÇ-2026-nın 1/4 finalına yüksəlib.

İdman.Biz