Argentina millisinin hücumçusu Lionel Messi komandasının 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misiri məğlub etdiyi oyun barədə fikir bildirib.
İdman.Biz xəbər verir ki, 3:2 hesabı ilə bitən matçdı Messi bir qol vurub.
"Növbəti mərhələyə keçmək əla hissdir. Çox çətin idi. Yenə əziyyət çəkdik, amma bu, Dünya Kubokudur və həmişə çətin olur. Böyük bir rahatlama hiss etdik. Komandamız heç vaxt təslim olmur, həmişə sona qədər mübarizə aparır. Argentinanın bu gün etdiyi şey inanılmazdır", - deyə Messi sosial media hesabında bildirib.
Dörddəbir finalda Argentina İsveçrə-Kolumbiya matçının qalibi ilə qarşılaşacaq.
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Argentina hazırkı dünya çempionudur.
