DÇ-2026-nın sonuncu dörddəbir final iştirakçısı İsveçrə olub - VİDEO

8 İyul 2026 02:51
852
DÇ-2026-nın sonuncu dörddəbir final iştirakçısı İsveçrə olub - VİDEO

İsveçrə millisi DÇ-2026-nın 1/4 finalına vəsiqə qazanıb.

İdman.Biz bildirir ki, bu, oyundan sonrakı penalti zərbələri nəticəsində məlum olub. Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitib. Penaltilərdə isə İsveçrə 4:3 hesabı Kolumbiyaya ilə qalib gəlib.

1/4 finalda onlar dünya çempionları Argentina millisi ilə qarşılaşacaqlar.

02:35

Kolumbiya - İsveçrə matçında əlavə vaxt bitib.

İdman.Biz bildirir ki, komandalar hələ ki qapılara qol vura bilməyiblər. Qalib penaltilərlə müəyyənləşəcək.

02:00

Kolumbiya - İsveçrə matçında əlavə vaxt başlayıb.

İdman.Biz bildirir ki, komandalar hələ ki qapılara qol vura bilməyiblər.

01:55

Kolumbiya - İsveçrə matçında əsas vaxt bitib.

İdman.Biz bildirir ki, komandalar hələ ki qapılara qol vura bilməyiblər.

01:05

Kolumbiya - İsveçrə matçında ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, komandalar ilk yarıda qapılara qol vura bilməyiblər.

00:50

Kolumbiya - İsveçrə matçında ilk hissə yekunlaşıb.

İdman.Biz bildirir ki, komandalar qapılara qol vura bilməyiblər.

00:00

Futbol üzrə dünya çempionatında 1/8 final mərhələsi son matçında Kolumbiya və İsveçrə qarşılaşırlar.

İdman.Biz bildirir ki, matç Kanadanın Vankuver şəhərindəki “BC Place” stadionunda baş tutur.

Matçın baş hakimi salvadorlu İvan Bartondur.

Kolunbiya DÇ-2026-nın 1/16 final mərhələsində Qananı 1:0 hesabı ilə məğlub edib. Türk əsilli mütəxəssis Murat Yakının rəhbərlik etdiyi İsveçrə isə 1/16 final mərhələsində Əlcəzairə 2:0 qalib gəlib.

İdman.Biz