İyulun 7-dən 8-nə keçən gecə 2026-cı il dünya çempionatının 1/8 finalının son oyunları keçirilib.
İdman.Biz bildirir ki, bu oyunlarda Argentina Misir komandası üzərində geridönüşlə (3:2) qələbə qazanıb, İsveçrə isə Kolumbiyadan penaltilərlə (0:0, 4:3 pen.) üstün olub.
Bu oyunlardan sonra 1/4 finalın səkkiz iştirakçısınn hamısı dörddəbir final cütlükləri məlum olub.
İlk olaraq Fransa və Mərakeş qarşılaşacaqlar. Oyun iyulun 10-da saat 00:00-da ABŞ-ın Foksboro şəhərindəki “Gillette” satadionunda start götürəcək. Matçı argentinalı Fakundo Telyo idarə edəcək.
İyulun 10-da saat 23:00-da İspaniya və Belçika milliləri Los-Ancelesdəki “So-Fi Stadium”da üz-üzə gələcəklər.
İyulun 12-si 2 oyun keçiriləcək. İngiltərə və Norveç milliləri Mayamidəki “Hard Rock” stadionunda 01:00-da, Argentina və İsveçrə isə Kanzas-Sitidəki “Errouhed” stadionunda 05:00-da oynayacaqlar.
