Norveç millisi pis şəraitə görə DÇ-2026-nın dörddəbir finalından əvvəl oteli dəyişib

9 İyul 2026 02:15
73
Norveç millisi pis şəraitə görə DÇ-2026-nın dörddəbir finalından əvvəl oteli dəyişib

NRK xəbər verir ki, Norveç milli komandası 2026-cı il dünya çempionatının dörddəbir final mərhələsində İngiltərə ilə qarşılaşacaqları oyundan əvvəl otellərini dəyişib.

İdman.Biz-in məlumatına görə, matç iyulun 12-də keçiriləcək.

Komanda matçın keçiriləcəyi Fort Lauderdaledə (Mayami ətrafı) qalır. Bu köçməyə səbəb kif, otaqlardakı zəif təmizlik, tikintidən gələn səs-küy və əvvəlki otelin yaxınlığındakı magistral yol olub.

Norveç nümayəndə heyətinin rəhbəri Truls Daeli qeyd edib ki, FIFA problemlərin həllinə kömək edib və xərclərin bir hissəsini ödəməyə davam edir. Komanda daha bahalı bir otelə köçüb; xərcləri Norveç Futbol Assosiasiyası ödəyəcək. Nümayəndə heyəti hazırda hər şeydən məmnundur.

Dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir və 19 iyulda başa çatacaq.

İdman.Biz