“Real”da Mourinyonun ilk kadr dəyişikliyi

12 İyul 2026 20:55
89
“Real”da Mourinyonun ilk kadr dəyişikliyi

İspaniyanın “Real” futbol komandasının qapıçılar üzrə məşqçisi Luis Lyopis yeni mövsümdən etibarən hazırkı vəzifəsini icra etməyəcək.

İdman.Biz xəbər verir ki, “Marca”nın məlumatına görə, ispaniyalı mütəxəssisi Joze Mourinyonun etimad göstərdiyi Nunu Santuş əvəzləyəcək. Lyopis “Real”ın strukturunda qalacaq, lakin onun yeni vəzifəsi yaxın vaxtlarda müəyyənləşdiriləcək.

Nunu Santuş daha əvvəl “Tottenhem”, “Roma” və “Benfika”da Mourinyonun məşqçilər korpusunda yer alaraq qapıçıların hazırlığına cavabdeh olub. Portuqaliyalı mütəxəssis Mourinyonun Madrid klubuna qayıdışından sonra onunla yenidən birgə çalışacaq.

Luis Lyopis 2015-2018-ci illərdə “Real”ın əsas komandasında çalışıb. O, 2018-ci ildə “Real Sosyedad”a keçərək bu klubda qapıçılar üzrə məşqçi təyin olunub. İspaniyalı mütəxəssis 2021-ci ilin yayında yenidən Madrid təmsilçisinə qayıdıb.

Lyopis son beş mövsümdə Tibo Kurtua və Andrey Lunin də daxil olmaqla, “Real”ın əsas komandasının qapıçılarının hazırlığına cavabdeh olub.

İdman.Biz