Fransa futbol millisinin müdafiəçisi İbrahima Konate İspaniya yığmasının cinah hücumçusu Lamin Yamalın açıqlamasına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Yamal daha əvvəl Fransa millisinin məhz İspaniyadan qorxmalı olduğunu söyləyib. Konate isə rəqib futbolçu ilə söz müharibəsinə girmək istəməyərək cavabın meydanda veriləcəyini vurğulayıb.
“O, istədiyini deyə bilər. Biz mümkün qədər yaxşı hazırlaşmağa çalışacağıq. Matçın sonunda nəticənin kimin xeyrinə olduğunu görəcəyik”, - 27 yaşlı müdafiəçi “Foot Mercato”ya açıqlamasında deyib.
Konate İspaniyadan qorxmadıqlarını, lakin rəqibin fərdi keyfiyyətlərinə hörmətlə yanaşdıqlarını da bildirib. O, Fransa millisinin yalnız Yamala qarşı deyil, bütövlükdə İspaniya komandasına qarşı hazırlaşmalı olduğunu qeyd edib.
Fransa DÇ-2026-nın dörddəbir finalında Mərakeşi 2:0, İspaniya isə Belçikanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
View this post on Instagram
