Futbol üzrə Seneqal yığmasının baş məşqçisi Pape Tiau vəzifəsindən azad edilib.
İdman.Biz xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyası rəsmi məlumat yayıb. Federasiya 45 yaşlı mütəxəssislə yanaşı, onun məşqçilər korpusu ilə də əməkdaşlığı dayandırıb. Qərarın DÇ-2026-dakı nəticələrin qiymətləndirilməsindən sonra qəbul edildiyi bildirilib.
Pape Tiau 2024-cü ilin dekabrından Seneqal millisinə rəhbərlik edirdi. Komanda onun başçılığı altında 2025-ci il Afrika Millətlər Kubokunun qalibi olub.
Seneqal DÇ-2026-da 1/16 final mərhələsinədək irəliləyib. Yığma bu mərhələdə Belçikaya əlavə vaxtda 2:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb. Seneqallılar qarşılaşmanın son dəqiqələrinədək 2:0 hesabı ilə öndə olsalar da, üstünlüklərini qoruya bilməyiblər.
