DÇ-2026: İspaniya yarımfinalda Fransaya rəqib olur - YENİLƏNİB + VİDEO

11 İyul 2026 01:00
1 189
DÇ-2026: İspaniya yarımfinalda Fransaya rəqib olur

DÇ-2026-da 1/4 finalın İspaniya - Belçika matçı yekunlaşıb.

İdman.Biz bildirir ki, İspaniya 2:1 hesabı ilə qalib gəlib. Beləliklə, İspaniya bu dünya çempionatında yarımfinala vəsiqə qazanan ikinci komanda olub. İspanlar 1/s finalda Fransa millisi ilə qarşılaşacaqlar.

00:51

İspaniya Belçika ilə matçda yenidən irəli çıxıb.

İdman.Biz bildirir ki, 88-ci dəqiqədə Mikel Merino ispanları irəli çıxarıb.

00:07

İspaniya - Belçika matçında ikinci yarı başlayıb.

İdman.Biz bildirir ki, birinci hissədən sonra hesab 1:1-dir.

23:51

İspaniya - Belçika matçında ilk yarı bitib.

İdman.Biz bildirir ki, birinci hissədən sonra hesab 1:1-dir.

23:43

İspaniya - Belçika matçında hesab bərabərləşdi.

İdman.Biz xəbər verir ki, 41-ci dəqiqədə belçikalı Şarl de Ketelare hesabı bərabərləşdirib. Bu, İspaniyanın çempionatda buraxdığı ilk qoldur.

23:31

İspaniya - Belçika matçında hesab açıldı.

İdman.Biz bildirir ki, 30-cu dəqiqədə ispaniyalı Fabian Ruiz hesabı açır - 1:0.

23:00

Futbol üzrə DÇ-2026-da bu gün 1/4 final mərhələsinin ikinci oyunu keçirilir.

İdman.Biz xəbər verir ki, İspaniya millisi Belçika ilə qarşılaşır. Görüş ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində yerləşən “Los-Anceles” stadionunda təşkil olunur.

09:20

Futbol üzrə DÇ-2026-da bu gün 1/4 final mərhələsinin növbəti oyunu keçiriləcək.

İdman.Biz xəbər verir ki, İspaniya millisi Belçika ilə qarşılaşacaq. Görüş ABŞ-nin Kaliforniya ştatının İnqlvud şəhərində yerləşən “Los-Anceles” stadionunda təşkil olunacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qalib komanda yarımfinalda Fransa ilə üz-üzə gələcək.

DÇ-2026, 1/4 final
10 iyul

23:00 İspaniya - Belçika

İdman.Biz