Bakıda keçirilən “IBA Çempionlar Gecəsi”ndə növbəti döyüş başa çatıb.
İdman.Biz bildirir ki, “Sea Breeze Resort”da baş tutan tədbirdə həmyerlimiz Sübhan Mamedov filippinli Riçard Qardla qarşılaşıb.
Qarşılaşma dördüncü raundda Mamedovun texniki nokautla qələbə ilə bitib.
Sübhan Mamedov “IBA Çempionlar Gecəsi”ndə arenaya əfsanəvi idmançı Roy Consun müşayiəti ilə çıxıb.
22:51
Bakıda keçirilən “IBA Çempionlar Gecəsi”ndə dördüncü döyüş başa çatıb.
İdman.Biz bildirir ki, “Sea Breeze Resort”da baş tutan tədbirdə həmyerlimiz Səidcəmşid Cəfərov belaruslu Nikolay Veselovla qarşılaşıb.
Altı raund davam edən görüşün sonunda hakimlər yekdilliklə qələbəni Səidcəmşidə veriblər.
21:36
Bakıda keçirilən “IBA Çempionlar Gecəsi”ndə üçüncü döyüş başa çatıb.
İdman.Biz bildirir ki, “Sea Breeze Resort”da baş tutan tədbirdə həmyerlimiz Nəbi İsgəndərov (70 kq) Hikmət Qarayevlə (Rusiya) gücünü sınayıb.
Bu döyüş də heç-heçə ilə bitib.
21:07
Bakıda keçirilən “IBA Çempionlar Gecəsi”ndə ikinci döyüş başa çatıb.
İdman.Biz bildirir ki, “Sea Breeze Resort”da baş tutan tədbirdə həmyerlimiz Tayfur Əliyev Xurşidbek Rasuljonovla (Özbəkistan) qarşılaşıb.
Döyüş 6 raund davam edib. Qarşılaşmada qalib müəyyən olunmayıb.
20:25
Bakıda keçirilən “IBA Çempionlar Gecəsi”ndə ilk döyüş başa çatıb.
İdman.Biz bildirir ki, “Sea Breeze Resort”da baş tutan tədbir həmyerlimiz Sərxan Əliyevlə Nurtas Ajbenovun (Qazaxıstan) qarşılaşması ilə başlayıb.
Qarşılaşma 6 raund davam edib və hakimlərin yekdil qərarı ilə Sərxan qalib elan edilib.
20:02
Bakıda “IBA Çempionlar Gecəsi” start götürüb.
İdman.Biz bildirir ki, “Sea Breeze Resort”da baş tutan tədbir həmyerlimiz Sərxan Əliyevlə Nurtas Ajbenovun (Qazaxıstan) qarşılaşması ilə başlayıb.
Tədbir çərçivəsində daha 5 qarşılaşma olacaq.
Gecənin xüsusi qonaqları sırasında dünya boksunun tanınmış simaları yer alır. Əfsanəvi boksçu Roy Cons isə dünya çempionumuz Sübhan Məmmədovu rinqə müşayiət edəcək.
