Bilalhəbaşi Nəzərov Avropa çempionatında medalı təmin etdi

21 Noyabr 2026 18:42
53
Bilalhəbaşi Nəzərov Avropa çempionatında medalı təmin etdi

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda Çexiya idmançısı Filip Horvatla qarşılaşıb.

Nəzərov rəqibinə 5:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb və özü üçün azı bürünc medalı təmin edib.

Daha əvvəl Məhəmmədəli Aşırəliyev (60 kq) və Nicat Alırzayev (70 kq) də yarımfinala yüksələrək azı bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, 39 ölkədən 276 idmançının qatıldığı U-23 Avropa çempionatına noyabrın 24-də yekun vurulacaq.

İdman.Biz