Azərbaycan Peşəkar Boks Federasiyasına yeni baş katib təyin olundu

16 Noyabr 2026 19:56
30
Azərbaycan Peşəkar Boks Federasiyasına yeni baş katib təyin olundu

Azərbaycan Peşəkar Boks Federasiyasında (APBF) yeni təyinat həyata keçirilib.

İdman.Biz xəbər verir ki, federasiyanın baş katibi vəzifəsinə Vidadi Quliyev təyin olunub.

O, yeni təyinatadək Azərbaycan Milli Paralimpiya Komitəsində idman üzrə məsləhətçi vəzifəsində çalışıb.

Vidadi Quliyev daha əvvəl “Təhsil” Respublika İdman Mərkəzində şöbə müdiri vəzifəsində də fəaliyyət göstərib.

İdman.Biz