Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin iki üzvü 1/4 finala vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Aşırəliyev 1/8 finalda israilli Abdullah Rahalla üz-üzə gəlib.
Təmsilçimiz rəqibini 5:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.
50 kq çəki dərəcəsində çıxış edən Bilalhəbaşi Nəzərov isə döyüş keçirmədən 1/4 finala adlayıb. Buna səbəb onun rəqibi, moldovalı Katalin Turkunun çəkisinin normadan artıq olmasıdır. Rəqib döyüşə buraxılmadığından Azərbaycan boksçusu qalib elan edilib.
Qeyd edək ki, noyabrın 16-da start götürən Avropa çempionatına noyabrın 24-də yekun vurulacaq.
