“İmişli” FK Yusif İmanovu heyətinə qatdığını açıqlayıb

14 İyul 2026 10:24
357
“İmişli” FK Yusif İmanovu heyətinə qatdığını açıqlayıb

“İmişli” futbol klubu “Kəpəz”dən ayrılan qapıçı Yusif İmanovu transfer edib.

İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

23 yaşlı qolkiperlə “2+1” illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yusif İmanov “Sabah” və Kosovonun “Malişeva” komandasında da çıxış edib.

İdman.Biz