İspaniyanın futbol millisinin cinah hücumçusu Lamin Yamal DÇ-2026-nın yarımfinalında Fransa ilə keçiriləcək qarşılaşma barədə fikirlərini açıqlayıb.
İdman.Biz xəbər verir ki, 19 yaşlı futbolçu baş məşqçi Luis de la Fuente ilə birlikdə matçöncəsi mətbuat konfransına qatılmağı özü istəyib.
Yamal jurnalistlərin suallarını cavablandırarkən qollarının sayına görə narahat olmadığını bildirib:
“Qollar məni narahat etmir. Amma belə vacib qarşılaşmada fərqlənmək xüsusi hadisədir. Buna görə baş məşqçinin çağırışını qəbul edirəm. Numerologiyaya isə inanmıram. Bəli, mənim nömrəm 19-dur, final da iyulun 19-da keçiriləcək. Amma Portuqaliya millisinin baş məşqçisi də buna bənzər nəsə demişdi, sonda isə Merino onlara qol vurdu”.
İspaniya millisinin üzvü Fransa ilə oyundan əvvəl özünə inamlı olduğunu vurğulayıb:
“Tərəfdarları möhtəşəm matç gözləyir. Ad günümü təbrik etməyə gəldiyiniz üçün təşəkkür edirəm. Mən isə Fransa üzərində qələbə qazanaraq özümü təbrik edəcəyəm. Eşitmişəm ki, bəzi insanlar yaxşı formada olmadığımı və məndən heç nə gözləmədiklərini deyirlər. Amma mən bilirəm ki, iyulun 14-ü xüsusi gün olacaq”.
İyulun 13-də 19 yaşı tamam olan Yamal DÇ-2026-da bir qol vurub. İspaniya və Fransa arasında yarımfinal qarşılaşması iyulun 14-də, Bakı vaxtı ilə saat 23:00 Dallasda keçiriləcək. Qalib komanda iyulun 19-da baş tutacaq finala vəsiqə qazanacaq.
