İngiltərə millisinin keçmiş müdafiəçisi və kapitanı Con Terri 2026-cı il dünya çempionatının yarımfinalında “üç şir” və Argentina arasında güc balansını qiymətləndirib.
İdman.Biz bildirir ki, oyun ABŞ-ın Atlanta şəhərindəki “Mercedes-Benz” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Düzünü desəm, Argentina ilə oyun məni narahat etmir. Onlara baxıb bizdən daha yaxşı olduqlarını düşünmürəm. Oyunçuları ayrı-ayrılıqda müqayisə etsəniz, daha güclüyük. Hazırda İngiltərə komandasında nəyi bəyəndiyimi bilirsinizmi? Bu Dünya Kubokunda artıq bəzi vacib anlar yaşamışıq. Biz güclü komandayıq. Və hiss olunur ki, hər şey bizim xeyrimizə gedir. İngiltərənin vaxtı gəlib çatıb”, - Terri deyib.
