Seneqal Futbol Federasiyasının rəhbəri Abdulay Fall bildirib ki, 10 ildən çoxdur millidə çalışan komandanın ştatlı həkimi ginekoloqdur.
İdman.Biz bildirir ki, Seneqal milli komandası 1/16 finalda Belçikaya (2:3) məğlub olaraq turniri tərk edib.
“Ştatlı həkimimizin idmançılarımızı dəstəkləmək üçün lazımi akademik təhsili yoxdur. Mən bunu çox gec bildim. Bu həkim ixtisas üzrə ginekoloqdur. Və düşünürəm ki, bu səviyyədə insanlar onunla işləmək üçün kifayət qədər inamlı deyildilər.
Buna görə də, idmançıların bu məsələdə özlərini tam əmin hiss etmələri üçün həqiqətən inandırıcı bir mütəxəssis tapmalı idik, çünki sağlamlıq hər şeydən öndədir”, - deyə Fall mətbuat konfransında bildirib.
