Yamal mətbuat konfransına brilyantlarla bəzədilmiş qızıl boyunbağı ilə gəldi - VİDEO

14 İyul 2026 10:35
94
Yamal mətbuat konfransına brilyantlarla bəzədilmiş qızıl boyunbağı ilə gəldi - VİDEO

Futbol üzrə İspaniya millisinin hücumçusu Lamin Yamal DÇ-2026-nın Fransa ilə keçiriləcək yarımfinal oyunu öncəsi təşkil olunan mətbuat konfransında diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, 19 yaşlı futbolçu tədbirə brilyantlarla bəzədilmiş qızıl zəncirlərdən ibarət bahalı boyunbağı ilə qatılıb.

Jurnalistlərin bu zinət əşyasının ad günü hədiyyəsi olub-olmaması ilə bağlı sualını cavablandıran Yamal boyunbağını özünün aldığını bildirib.

Qeyd edək ki, mətbuat konfransı iyulun 13-də - futbolçunun 19 yaşı tamam olan gündə keçirilib.

İspaniya – Fransa arasında DÇ-2026-nın yarımfinal görüşü iyulun 14-də Bakı vaxtı ilə 23:00-da baş tutacaq.

İdman.Biz
Məqalədə: