ABŞ-ın Federal Təhqiqat Bürosu (FTB) Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapianı 2026-cı il dünya çempionatının finalından sonra Nyu-York hava limanında saxlayıb.
İdman.Biz xəbər verir ki, təşkilatın lideri və digər üzvlərindən kompüterlər və mobil telefonlar müsadirə edilib. Tapianın 30 iyulda Florida ştatının Cənub rayonunda ifadə verməsi planlaşdırılır.
Hadisə AFA ilə əlaqəli maliyyə və kommersiya əməliyyatları ilə bağlı istintaq çərçivəsində baş verib.
Dünya çempionatının finalında Argentina 1:0 hesabı ilə İspaniyaya uduzub.
İspaniya milli komandası tarixində ikinci dəfə dünya çempionu olub. Cənubi Amerika komandası isə üçqat dünya çempionudur.
