De la Fuente Kukurelyadan verdiyi vədi yerinə yetirməsini gözləyir

24 İyul 2026 10:53
109
De la Fuente Kukurelyadan verdiyi vədi yerinə yetirməsini gözləyir

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente futbolçu Mark Kukurelyanın DÇ-2026-da qazanılan çempionluqdan sonra onun portretini bədəninə döydürəcəyinə dair verdiyi vədə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, 27 yaşlı müdafiəçi turnir başlamazdan əvvəl zarafatla demişdi ki, İspaniya millisi dünya çempionu olacağı təqdirdə, Luis de la Fuentenin portretini tatu kimi bədəninə həkk etdirəcək.

İspaniya millisi finalda Argentinanı əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub və bununla da Kukurelyanın vədinin şərti reallaşıb.

"Dedim ki, sən dəlisən. Amma verilən vəd yerinə yetirilməlidir. O, sözünün adamıdır", – deyə Luis de la Fuente RTVE telekanalına açıqlamasında bildirib.

Kukurelya bu cür vədləri ilə ilk dəfə gündəmə gəlmir. O, AVRO-2024-də İspaniya millisinin çempionluğundan sonra turnirdən əvvəl verdiyi sözə əməl edərək saçlarını qırmızı rəngə boyamışdı.

Sol cinah müdafiəçisi DÇ-2026-da İspaniya millisinin əsas oyunçularından biri olub. Komanda turniri səkkiz oyunda cəmi bir qol buraxaraq müdafiə baxımından ən yaxşı göstərici ilə başa vurub.

İdman.Biz