“Sabah” BK-nın FIBA Çempionlar Liqasında oyunlarının təqvimi açıqlanıb

14 İyul 2026 15:59
70
“Sabah” BK-nın FIBA Çempionlar Liqasında oyunlarının təqvimi açıqlanıb

Ardıcıl ikinci mövsüm FIBA Çempionlar Liqasının əsas mərhələsində çıxış edəcək Azərbaycanın “Sabah” basketbol klubunun qrup mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə “Sabah” Basketbol Klubu məlumat yayıb.

Bildirilib ki, paytaxt təmsilçisi A qrupunda ilk matçını oktyabrın 6-da səfərdə Litvanın “Ritas” (Vilnüs) komandasına qarşı keçirəcək.

Lazar Spasiçin baş məşqçisi olduğu kollektiv oktyabrın 14-də Türkiyə “Trabzonspor”unu qəbul edəcək. Komanda oktyabrın 27-də isə Fransanın “Nanter” klubunu sınağa çəkəcək.

Noyabrın 10-da “Trabzonspor”la səfərdə üz-üzə gələcək Azərbaycan çempionu dekabrın 9-da Fransada “Nanter”in qonağı olacaq.

Qrup mərhələsində son oyun isə dekabrın 22-də Bakıda Litvanın “Ritas” komandasına qarşı keçiriləcək.

İdman.Biz
Məqalədə: