U-20 qızlar millimiz İsveçrə ilə 10-cu pillə uğrunda oynayacaq

12 İyul 2026 10:13
111
U-20 qızlar millimiz İsveçrə ilə 10-cu pillə uğrunda oynayacaq

Azərbaycanın 20 yaşadək qızlardan ibarət basketbol millisi FIBA Avropa çempionatının B divizionunda son oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, komandamız turniri 10-cu pillədə başa vurmaq uğrunda İsveçrə ilə qarşılaşacaq.

Bolqarıstanın Samokov şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:15-də başlayacaq.

Millimiz debüt etdiyi yarışda indiyədək üç qələbə qazanıb. Komandamız qrup mərhələsində Albaniyanı 88:60, 9-14-cü yerlər uğrunda təsnifat mərhələsində isə Bosniya və Herseqovinanı 75:71 hesabı ilə məğlub edib.

Azərbaycan millisi son matçında Rumıniyadan üstün olub - 64:50. Komandamız İsveçrəni də məğlub edəcəyi təqdirdə turniri dörd qələbə ilə 10-cu pillədə başa vuracaq.

İdman.Biz