11 iyul qadınlardan ibarət U-20 millimiz Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatı B divizionunda 9-14-cü yerlər uğrunda görüşdə Rumıniya seçməsi ilə qarşılaşıb.
İdman.Biz bildirir ki, oyun millimizin 64:50 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz son oyununu 12 iyul Bakı vaxtı ilə saat 19:00-da İsveçrə yığmasına qarşı keçirəcək.
Məlumat üçün bildirək ki, millimiz İsveçrəyə qalib gələrsə, Avropa çempionatını 10-cu sırada bitirəcək.
14:59
Bu gün Azərbaycanın 20 yaşadək qadınlardan ibarət basketbol millisi Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, yığmamız 9-14-cü yerlər uğrunda Rumıniya millisi ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 16:15-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan komandası 9-14-cü yerlər uğrunda oyunda Bosniya və Herseqovina komandasına 75:71 hesabı ilə qalib gəlib.
