“Neftçi SOCAR” qadınlardan ibarət 3x3 basketbol komandası Fransanın Bordo şəhərində keçirilən Dünya Seriyası mərhələsində çıxışını başa vurub.
İdman.Biz xəbər verir ki, Bakı klubu 1/4 finalda İspaniya millisi ilə qarşılaşıb.
Gərgin keçən görüş “Neftçi SOCAR”ın 12:13 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Bu nəticə ilə Azərbaycan təmsilçisi Dünya Seriyasının Bordo mərhələsində mübarizəni dayandırıb.
10:30
3x3 basketbol üzrə Azərbaycanın “Neftçi SOCAR” komandası bu gün Fransanın Bordo şəhərində keçirilən Dünya Qadın Seriyasının “Bordeaux Women’s Series 2026” turnirində növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi yarışın ikinci günündə 1/4 finalda İspaniya komandası ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 21:25-də başlayacaq.
Qeyd edək ki, “Neftçi SOCAR” turnirdə ilk görüşündə İtaliya yığmasına 16:18 hesabı ilə uduzub. Azərbaycan təmsilçisi ikinci matçında isə Çili üzərində 21:17 hesablı qələbə qazanıb.
