Azərbaycan Premyer Liqası: “Turan Tovuz” - “Şamaxı” oyunu qolsuz başa çatdı - YENİLƏNİB + VİDEO

23 Avqust 2026 20:35
1 540
Azərbaycan Premyer Liqası: “Turan Tovuz” - “Şamaxı” oyunu qolsuz başa çatdı - YENİLƏNİB + VİDEO

Misli Premyer Liqasının ikinci turu çərçivəsində keçirilən “Turan Tovuz” - “Şamaxı” qarşılaşması başa çatdı.

İdman.Biz xəbər verir ki, qarşılaşma qolsuz bərabərliklə bitib.

Bu oyundan sonra meydan sahibi komanda xallarının sayını dördə çatdırıb. "Şamaxı" isə iki oyundan cəmi bir xal toplayıb.

Növbəti turda "Turan Tovuz" "Kəpəz"in, "Şamaxı" isə "Qəbələ"nin qonağı olacaq.

19:35

Misli Premyer Liqasının ikinci turunda “Turan Tovuz” - “Şamaxı” qarşılaşmasında ikinci hissə başladı.

İdman.Biz xəbər verir ki, ilk 45 dəqiqədən sonra oyunda hesab açılmayıb.

19:20

“Turan Tovuz” Misli Premyer Liqasının ikinci turunda “Şamaxı”nı qəbul edir.

İdman.Biz xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşmada birinci hissə başa çatıb. Oyunda hesab açılmayıb.

18:27

Misli Premyer Liqasının ikinci turu çərçivəsində keçirilən “Turan Tovuz” - “Şamaxı” oyunu başladı.

17:47

"Turan Tovuz" Misli Premyer Liqasının ikinci turu çərçivəsində doğma meydanda Şamaxı"nı qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 18:30-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Turan Tovuz”: 35. Aleksey Kenyaykin 21. Stiv Beusnar 3. Enrike Silva 23. Alexandro Serrano 90. Jo Batista 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 8. David Tavareş

Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 66. Raul Məmmədov 99. Sadiq Şəfiyev

Baş məşqçi: Kurban Berdiyev

“Şamaxı”: 1. Rikardo Fernandes (k) 80. Həbib İsmayılov 5. Emin Rüstəmov 97. Oruc Məmmədov 10. Edqar Adilxanov 25. Filipe Markes 13. Rikardo Apolinario 9. Tornike Axvlediani 3. Jota 4. Rui Paşeko 52. Abdul Raşid Mumini

Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 96. Nicat Qaragözlü 14. Uğur Cahangirov 2. Fariz Xeyrullayev 7. Emil Süleymanov 77. Okan Təhməzli 88. Hacıəli Şirəliyev 17. Sənan Muradlı 66. Ceyhun Bağırzadə 11. Ayman Bouali 8. Teşaqer Dequ 19. Abdullahi Şuaybu

Baş məşqçi: Azər Bağırov

09:13

“Turan Tovuz” bu gün Misli Premyer Liqasının ikinci turunda “Şamaxı”nı qəbul edəcək.

İdman.Biz xəbər verir ki, qarşılaşma Tovuz şəhər stadionunda keçiriləcək və saat 18:30-da başlayacaq.

Görüşün baş hakimi Rauf Cabarov olacaq. Ona yan xətt hakimləri Eyyub İbrahimov və Tərlan Talıbzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.

Matçın VAR hakimi Vüqar Həsənli, AVAR hakimi isə Zeynal Zeynalov olacaq. Hakim-inspektor vəzifəsi Munis Abdullayevə həvalə edilib. AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.

İdman.Biz