“Sabah”ın “Barselona” ilə oyunda zədələnən futbolçusunun durumu açıqlandı

27 Noyabr 2026 19:40
36
“Sabah”ın “Barselona” ilə oyunda zədələnən futbolçusunun durumu açıqlandı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda “Barselona” ilə qarşılaşmada zədələnən “Sabah”ın müdafiəçisi Akim Zedadkanın vəziyyətinə aydınlıq gəlib.

Bununla bağlı “Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov İdman.Biz-in sorğusunu cavablandırıb.

“Zedadkanın zədəsi ciddi deyil. Sabahkı oyunu buraxmaq ehtimalı çoxdur. Amma ondan sonrakı oyunlara kimi hazır ola bilər”, – deyə klub rəsmisi bildirib.

Xatırladaq ki, Zedadka “Barselona” ilə qarşılaşmada zədə səbəbindən meydanı vaxtından əvvəl tərk edib və Tellur Mütəllimovla əvəzlənib.

Qeyd edək ki, Misli Premyer Liqasının 13-cü turu çərçivəsində noyabrın 28-də keçiriləcək “Sabah” – “Araz-Naxçıvan” qarşılaşması saat 19:00-da başlayacaq.

İdman.Biz