“Şəfa”nın baş məşqçisi: “Qələbəyə hava və su kimi ehtiyacımız vardı”

27 Noyabr 2026 17:34
39
“Şəfa”nın baş məşqçisi: “Qələbəyə hava və su kimi ehtiyacımız vardı”

“Öncə onu qeyd edim ki, qələbəyə hava və su kimi ehtiyacımız vardı. Futbolçular sağ olsunlar, əllərindən gələni, bacardıqlarından daha artığını etdilər ki, bu oyunda qələbə qazanaq. Şükürlər olsun ki, üç xal qazana bildik”.

İdman.Biz xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 13-cü turunda səfərdə “İmişli”ni 3:1 hesabı ilə məğlub edən “Şəfa” futbol komandasının baş məşqçisi Zaur Həşimov oyundan sonra deyib.

Paytaxt təmsilçisinin çalışdırıcısı qarşılaşmanın gedişindən və komandasının nümayiş etdirdiyi mübarizədən söz açıb:

“Fikrimcə, oyun gərgin alındı. Əsas da birinci hissədə üstünlüyümüz var idi. Bunu hesabda da reallaşdıra bildik. Təəssüf ki, yenə standart vəziyyətdən top buraxdıq. İkinci hissədə futbolçular vuruşdular, əks-hücumda üçüncü qolu vurub qələbə qazana bildik”.

İdman.Biz