İspaniyanın “Real Madrid” futbol klubunun hücumameyilli yarımmüdafiəçisi Brahim Diasla müqaviləsi uzadılıb.
İdman.Biz xəbər verir ki, Madrid təmsilçisi 27 yaşlı futbolçu ilə 2031-ci il iyunun 30-dək yeni müqavilə imzalandığını rəsmən açıqlayıb.
Mərakeş millisinin üzvünün əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaqdı. Yeni razılaşmaya əsasən, əməkdaşlıq daha dörd il uzadılıb.
Səudiyyə Ərəbistanı klublarından daha yüksək maliyyə təklifləri alan Dias karyerasını Madrid təmsilçisində davam etdirmək və əsas heyətdə yer uğrunda mübarizə aparmaq qərarına gəlib.
Qeyd edək ki, Brahim Dias 2019-cu ilin yanvarında İngiltərənin “Mançester Siti” futbol klubundan “Real Madrid”ə transfer olunub. O, 2020-2023-cü illərdə icarə əsasında İtaliyanın “Milan” futbol komandasının formasını geyinib.
