“LANDAU Lions” Rəsul Məmmədzadə ilə müqaviləni uzatdı

22 Avqust 2026 12:55
92
“LANDAU Lions” Rəsul Məmmədzadə ilə müqaviləni uzatdı

“LANDAU Lions” basketbol klubu 19 yaşlı oyunçusu Rəsul Məmmədzadə ilə müqavilənin müddətini daha bir il uzadıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Boyu 192 sm olan və “shooting guard” mövqeyində çıxış edən gənc basketbolçu ötən ay Azərbaycanın U-20 millisinin heyətində Avropa çempionatının B divizionunda ölkəmizi təmsil edib.

Qeyd edək ki, R. Məmmədzadə ötən mövsüm ölkə çempionatında gümüş medallar qazanan kollektivin heyətində yer alıb.

İdman.Biz