“Gəncə” basketbolçu transfer edib

22 Avqust 2026 17:19
89
“Gəncə” basketbolçu transfer edib

“Gəncə” basketbol klubu yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

İdman.Biz xəbər verir ki, komanda ABŞ-li basketbolçu Mitçel Lataviusu heyətinə qatıb.

Hücumçu mövqeyində çıxış edən 28 yaşlı basketbolçu ilə qarşıdakı mövsümün sonunadək müqavilə imzalanıb. 203 sm boyunda olan Latavius “Gəncə”də 25 nömrəli formada çıxış edəcək.

Mitçel Latavius son mövsümü İrlandiyanın “Ballinkolliq” klubunda keçirib. O, çempionatın ən dəyərli oyunçusu (MVP) seçilib. Basketbolçu mövsümlərarası fasilədə NBA Yay Liqasında “Detroyt Pistons”un da formasını geyinib.

İdman.Biz