“Neftçi SOCAR” qrup mərhələsini başa vurdu - 1/4 finalın taleyi son oyundan asılıdır - YENİLƏNİB

20 Avqust 2026 00:02
1 097
“Neftçi SOCAR” qrup mərhələsini başa vurdu - 1/4 finalın taleyi son oyundan asılıdır - YENİLƏNİB

“Neftçi SOCAR” basketbol komandası Bordoda keçirilən turnirin qrup mərhələsində çıxışını başa vurub.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi ilk görüşdə İtaliyaya 16:18 hesabı ilə məğlub olub.

“Neftçi SOCAR” ikinci qarşılaşmada isə Çili üzərində 21:17 hesablı qələbə qazanıb.

Komandanın qrupdakı yekun mövqeyi və 1/4 final mərhələsinə vəsiqə qazanıb-qazanmayacağı İtaliya-Çili matçının nəticəsindən sonra bəlli olacaq.

14:24

3x3 basketbol üzrə Azərbaycanın “Neftçi SOCAR” komandası bu gün Fransanın Bordo şəhərində keçirilən Dünya Qadın Seriyasının “Bordeaux Women’s Series 2026” turnirində mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi yarışın ilk günündə iki oyun keçirəcək.

“Neftçi SOCAR” Bakı vaxtı ilə saat 21:30-da İtaliya, 23:15-də isə Çili yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl “Sea Breeze”də keçirilən turnirdə paytaxt təmsilçisi 1/4 finalda İspaniyanın “Madrid” komandası ilə qarşılaşıb. İspaniya təmsilçisi əlavə vaxtda 14:12 hesabı ilə qalib gəlib.

İdman.Biz