“Sabah” ABŞ-li müdafiəçi ilə ikiillik müqavilə imzalayıb

20 Avqust 2026 21:09
68
“Sabah” ABŞ-li müdafiəçi ilə ikiillik müqavilə imzalayıb

“Sabah” heyətini ABŞ-li müdafiəçi Maykl Ertellə gücləndirib.

İdman.Biz xəbər verir ki, Bakı klubu 188 sm boya malik basketbolçu ilə ikiillik müqavilə imzalayıb.

Maykl “Mike” Ertel NCAA karyerasına ULM-də başlayıb. O, burada Sun Belt konfransında ilin ən yaxşı yeni oyunçusu seçilib və daha sonra “All-Sun Belt” mükafatlarına layiq görülüb. Basketbolçu kollecdəki çıxışını UAB-də davam etdirib və komandasının “Conference USA” çempionluğunu qazanmasına, həmçinin NCAA turnirinə vəsiqə əldə etməsinə kömək edib.

Peşəkar karyerasına Avropada başlayan Ertel Finlandiyanın “Lahti”, Fransanın “Vichy” və Polşanın “Toruń” klublarında çıxış edib. O, 2024/25 mövsümündə Polşa çempionatında hər oyuna orta hesabla 18 xal və beşə yaxın assistlə yadda qalıb.

Daha sonra Çinin NBL liqasında “Hong Kong Bulls” klubuna keçən müdafiəçi çempionluq yaşayıb. Ertel, həmçinin final seriyasının ən dəyərli oyunçusu və ilin ən yaxşı müdafiəçisi mükafatlarını qazanıb.

İdman.Biz