Azərbaycan Basketbol Federasiyasının məşqçisi Nərgiz Əsgərova Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə həyata keçirilən WISH proqramının yeddinci qrupuna qəbul olunub.
İdman.Biz xəbər verir ki, 21 ay davam edən proqram yüksək səviyyəli idmanda çalışan qadın məşqçilərin peşəkar inkişafını, liderlik bacarıqlarının, həmçinin idman növünə uyğun bilik və kompetensiyalarının artırılmasını hədəfləyir.
Hartfordşir Universitetinin rəhbərliyi ilə həyata keçirilən proqram onlayn təlimlər, özünüqiymətləndirmə, həmkarların geribildirimi, fərdi mentorluq sessiyaları və Böyük Britaniyada keçiriləcək beşgünlük əyani mərhələdən ibarətdir.
WISH proqramının əsas məqsədlərindən biri qadın məşqçilərin yüksək səviyyəli beynəlxalq idmanda, o cümlədən dünya çempionatları və Olimpiya Oyunlarında təmsilçiliyinin artırılmasına töhfə verməkdir.
