“Gəncə” basketbol klubu heyətini ABŞ-li forvard Ayzeya Toddla gücləndirib.
İdman.Biz xəbər verir ki, tərəflər arasında imzalanan müqavilə mövsümün sonunadək nəzərdə tutulub.
25 yaşlı basketbolçu karyerası ərzində Litva və Tayvan klublarında legioner kimi çıxış edib. O, “Gəncə”də 14 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, NBA-da “Vaşinqton Uizards”ın heyətində 18 oyun keçirib, orta hesabla 1,6 xal, 1,3 ribaund və 0,4 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard 2025/26 mövsümündə Kiprin “Digenis Morfu” klubunda dörd oyunda orta hesabla 10 xal, 6,3 ribaund və 1,5 ötürmə edib.
