Azərbaycan Basketbol Liqasında ikinci tura bu gün start veriləcək.
İdman.Biz xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
“Sumqayıt” doğma meydanda “Naxçıvan”ı qəbul edəcək.
Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Sabah” - “Gəncə” qarşılaşması isə təxirə salınıb.
