Murad Fətiyev dünya çempionatında bürünc medal qazandı - YENİLƏNİB + FOTO/VİDEO

8 Oktyabr 2026 18:43
1 087
Murad Fətiyev dünya çempionatında bürünc medal qazandı

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı bürünc medal uğrunda görüşdə serbiyalı Nemanya Maydovu məğlub edib.

İdmançılarımız günü bir bürünc medalla başa vurublar. Bu gün mübarizəyə qoşulan Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, və Süleyman Şükürovun (hər ikisi 90 kq) çıxışları uğursuz alınıb.

Bununla da, milli komandamız Bakıda keçirilən mundialda beşinci medalını qazanaraq tarixi rekorda imza atıb. Bu, Azərbaycan cüdo tarixində rekorddur. İndiyədək heç bir mundialda cüdo yığmamız bu qədər medala sahib çıxmayıb.

Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.

15:09

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

İdman.Biz xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda yaponiyalı Qoki Tayimaya uduzub.

O, turnirdəki sonuncu qarşılaşmasında serbiyalı Nemanya Maydovla üz-üzə gələcək.

Daha əvvəl Süleyman Şükürov (90 kq), Südabə Ağayeva (70 kq) və Elcan Hacıyev (90 kq) da mübarizəni dayandırıblar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

14:38

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, milli üzvü 1/4 finalda Aleksa Mitroviçi (Fransa) məğlub edib.

M.Fətiyev yarımfinalda yaponiyalı Qoki Tayima ilə qarşılaşacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

14:22

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, milli üzvü 1/8 finalda estoniyalı Klen Kristofer Kalyulaydı məğlub edib.

M.Fətiyev növbəti mərhələdə Aleksa Mitroviçlə (Fransa) qarşılaşacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

13:16

Azərbaycan cüdoçusu Elcan Hacıyev (90 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

İdman.Biz xəbər verir ki, milli üzvü 1/8 finalda Fransa təmsilçisi Maksim-Qel Naqayap Hambuya məğlub olub.

Daha əvvəl Süleyman Şükürov (90 kq) və Südabə Ağayeva (70 kq) da mübarizəni dayandırıblar. Murad Fətiyev (90 kq) isə 1/8 finalda mübarizə aparacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.

12:18

Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.

İdman.Biz xəbə verir ki, cüdoçu 1/16 finalda yunanıstanlı Teodoros Tselidisi məğlub edib.

Daha əvvəl Elcan Hacıyevdə (90 kq) 1/8 finala vəsiqə qazanmışdı.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

12:14

Azərbaycan cüdoçusu Elcan Hacıyev (90 kq) Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, milli üzvü 1/16 finalda kanadalı Kiqan Yanqı məğlub edib.

E.Hacıyev 1/8 finalda Fransa təmsilçisi Maksim-Qel Naqayap Hambu ilə üz-üzə gələcək.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

12:02

Azərbaycan cüdoçusu Süleyman Şükürov (90 kq) Bakıda keçirilən dünya çempionatındakı ikinci görüşündə məğlub olub.

İdman.Biz xəbər verir ki, o, 1/16 finalda yaponiyalı Qoki Tayimaya uduzub.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

11:21

Azərbaycan cüdoçusu Südabə Ağayeva (70 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

İdman.Biz xəbər verir ki, idmançı 1/32 finaldaı ispaniyalı Ai Tsunoda Roustanta uduzub.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

11:11

Azərbaycan cüdoçusu Elcan Hacıyev (90 kq) Bakıda keçirilən dünya çempionatında 1/16 finala vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, milli üzvü 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufu məğlub edib.

E.Hacıyev 1/16 finalda kanadalı Kiqan Yanqla üz-üzə gələcək.

Daha əvvəl Süleyman Şükürovda (90 kq) 1/16 finala vəsiqə qazanmışdı.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

10:57

Azərbaycan cüdoçusu Süleyman Şükürov (90 kq) Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, o, 1/32 finalda norveçli Kornelius Eylertseni məğlub edib.

S.Şükürov növbəti mərhələdə Qoki Tayima ilə qarşılaşacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

09:13

Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir , yarışın beşinci günündə Südabə Ağayeva (70 kq), Elcan Hacıyev, Murad Fətiyev və Süleyman Şükürov (hamısı 90 kq) tatamiyə çıxacaqlar.

S.Ağayevanın 1/32 finaldakı rəqibi ispaniyalı Ai Tsunoda Roustant olacaq.

E.Hacıyev 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufla, S.Şükürov eyni raundda norveçli Kornelius Eylertsenlə üz-üzə gələcək.

M.Fətiyev yarışa 1/16 finaldan qoşulacaq. O, Yeqor Varapayev (Belarus) – Teodoros Tselidis (Yunanıstan) görüşünün qalibi ilə görüşəcək.

Təsnifat mərhələsi saat 10:30-da başlayacaq. Medal görüşlərinin keçiriləcəyi final blokuna isə 18:00-da start veriləcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

Foto: İslam Atakişiyev

İdman.Biz