Azərbaycan Basketbol Liqasında günün oyunları keçiriləcək

10 Oktyabr 2026 11:26
96
Azərbaycan Basketbol Liqasında günün oyunları keçiriləcək

Azərbaycan Basketbol Liqasının ikinci turunda bu gün daha iki qarşılaşma baş tutacaq.

İdman.Biz xəbər verir ki, günün ilk matçında saat 15:00-da “LANDAU Lions” NTD ilə üz-üzə gələcək.

Saat 18:00-da isə “Neftçi” “Ordu” ilə münasibətlərə aydınlıq gətirəcək.

Qeyd edək ki, hər iki görüş Bakı İdman Sarayında keçiriləcək.

Xatırladaq ki, ötən gün turun ilk qarşılaşmasında “Sumqayıt” evdə “Naxçıvan”a məğlub olub - 76:87.

İdman.Biz