Bu gün futbol üzrə Misli Premyer Liqasının yeddinci turunun oyunu “Zirə” “Şamaxı” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 17:00-da start götürəcək qarşılaşmanı Fərid Hacıyev idarə edəcək.
“Zirə” 10 xalla turnir cədvəlinin beşinci pilləsində yer alıb. Doqquz xala malik “Şamaxı” isə altıncıdır.
Misli Premyer Liqası
Birinci dövrə, Yeddinci tur
10 oktyabr
17:00. “Zirə” - “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov
VAR: Əkbər Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldar Məmmədov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun ötən gün baş tutan matçlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (2:0) məğlub edib. “Neftçi” - “Sabah” matçı isə qolsuz bərabərliklə başa çatıb. Tura sentyabrın 11-də yekun vurulacaq.
