UEFA Gənclər Liqası: “Sabah” və “Barselona”nın U-19 komandası üz-üzə gələcək

25 Noyabr 2026 09:53
101
UEFA Gənclər Liqası: “Sabah” və “Barselona”nın U-19 komandası üz-üzə gələcək

“Sabah”ın U-19 futbol komandası bu gün UEFA Gənclər Liqasında növbəti sınağına çıxacaq.

İdman.Biz xəbər verir ki, Adino Mustedanaqiçin baş məşqçisi olduğu kollektiv beşinci tur çərçivəsində Bakıda İspaniyanın “Barselona” klubunun U-19 komandası ilə qarşılaşacaq.

“Bank Respublika Arena”da keçiriləcək görüş saat 15:00-da başlayacaq.

Qeyd edək ki, “Sabah” əvvəlki dörd oyunun hamısında məğlub olaraq turnir cədvəlində xalsız sonuncu - 36-cı pillədə qərarlaşıb. “Barselona” isə beş xalla 22-ci yerdədir.

İdman.Biz