“Gəncə” basketbol klubu ABŞ-dən olan Bakari Kamaranı heyətinə qatıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Gəncə” Basketbol klubu məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə bağlanıb.
Boyu 201 sm olan oyunçu karyerası ərzində İspaniya, Danimarka və Fransa klublarında çıxış edib.
Qeyd edək ki, B.Kamaranın son klubu Qətərin “Əl-Vakra” komandası olub.
