U-20 dünya çempionatı: Cavadov finalda - YENİLƏNİB

18 Avqust 2026 20:42
1 198
U-20 dünya çempionatı: Cavadov finalda - YENİLƏNİB

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, üçüncü yarış günündə yunan-Roma güləşi üzrə 60 və 82 kq-da, qadın güləşi üzrə isə 50, 53 və 72 kq-da finalçılar müəyyənləşib.

Ayxan Cavadov (60 kq) yarışa inamlı start verib. Dünya çempionumuz fransalı Maqomed Varayevə tam üstünlüklə (9:0) qalib gələrək 1/4 finala yüksəlib. Təmsilçimiz braziliyalı Pedro Enrike de Souza Rodriqesi isə 6:2 hesabıyla üstələyərək adını yarımfinala yazdırıb. A.Cavadov yarımfinalda iranlı Əmirəli Heydərini minimal fərqlə (4:3) məğlub edərək ardıcıl 2-ci dəfə U20 dünya çempionatının finalına vəsiqə qazanıb. A.Cavadov sabah finalda özbəkistanlı Dostonbek Oripovla güləşəcək.

Elmin Əliyev (82 kq) ilk iki görüşü vaxtından əvvəl qələbəylə başa vurub. Təmsilçimiz gürcüstanlı Luka Pipiya ilə yaponiyalı Rondo Kodamaya 8:0 hesabı ilə qalib gəlib. E.Əliyev 1/4 finalda isə özbəkistanlı Bekmurod Rustamovu ilk xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırıb. O, finalın bir addımlığında belaruslu Kiril Valevskiyə 4:7 hesabı ilə məğlub olub. Elmin Əliyev sabah bürünc medal uğrunda güləşəcək. Rəqib ya Mohammed Şaban (Misir), ya İsmayıl Bərəkət (Türkiyə), ya da Severi Maeenpaeae (Finlandiya) olacaq.

Esra Məmmədli (53 kq) təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızıya uduzub – 1:7.

Mübarizəyə 1/4 finaldan qoşulan Zəhra Kərimzadə (72 kq) türkiyəli İlayda Çini "tuş" la yolundan kənarlaşdırsa da, finala gedən yolda hindistanlı Tanu Şarmayla bacarmayıb – 0:11. Zəhra həlledici qarşılaşmada Liliana Kazmina (Rusiya) – Petra Mueller (Macarıstan) görüşünün qalibiylə üz-üzə gələcək.

20:22

Azərbaycanın yunan-Roma güləşçisi Emin Cavadlı U-20 dünya çempionatında bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə yaponiyalı Hiro Sakamoto ilə qarşılaşıb.

Cavadlı rəqibinə 11:1 hesabı ilə tam üstünlüklə qalib gələrək dünya çempionatını bürünc medalla başa vurub.

20:02

Azərbaycanın qadın güləşçisi Zəhra Kərimzadə U-20 dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.

İdman.Biz xəbər verir ki, 72 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda hindistanlı Tanu Şarma ilə qarşılaşıb.

Görüş rəqib güləşçinin 11:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Zəhra Kərimzadə sabah bürünc medal uğrunda görüşə çıxacaq.

19:24

Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev U-20 dünya çempionatında yarımfinal görüşünü keçirib.

İdman.Biz xəbər verir ki, 82 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz finala gedən yolda Belarus güləşçisi Kiril Valevski ilə qarşılaşıb. Əliyev rəqibinə 4:7 hesabı ilə məğlub olub.

Bununla da Azərbaycan təmsilçisi finala yüksələ bilməyib və mübarizəni bürünc medal uğrunda davam etdirəcək.

Elmin Əliyev yarımfinala qədər gürcüstanlı Luka Pipiyanı 8:0, yaponiyalı Rondo Kodamanı 8:0 hesabı ilə məğlub edib. O, 1/4 finalda özbəkistanlı Bekmurod Rustamovu 1:1 hesabı ilə başa çatan görüşdə ilk xal prinsipinə əsasən üstələyib.

Güləşçimiz avqustun 19-da bürünc medal uğrunda xalçaya çıxacaq.

19:11

Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov U-20 dünya çempionatında finala yüksəlib.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda iranlı Əmirəli Heydəri ilə qarşılaşıb.

Gərgin keçən görüş Cavadovun 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da Azərbaycan güləşçisi ardıcıl ikinci dəfə U-20 dünya çempionatının finalına vəsiqə qazanıb.

17:35

Azərbaycanın 3 güləşçisi U-20 dünya çempionatının yarımfinalına yüksəlib.

İdman.Biz xəbər verir ki, yarımfinala vəsiqə qazananlardan 2-si yunan-Roma, 1-i isə qadın güləşçisidir.

Yunan-roma güləşçisi Ayxan Cavadov (60 kq) fransalı Maqomed Varayevə (9:0) və braziliyalı Pedro Enrike de Souza Rodriqesə (6:2) qalib gələrək yarımfinala adlayıb. O, bu mərhələdə iranlı Əmirəli Heydəri ilə üz-üzə gələcək.

Digər yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) gürcüstanlı Luka Pipiya (8:0), yaponiyalı Rondo Kodama (8:0) və özbəkistanlı Bekmurod Rustamovu (1:1 - ilk xal prinsipi) üstələyərək yarımfinala yüksəlib. İdmançının növbəti rəqibi belaruslu Kiril Valevski olacaq.

Qadın güləşçilərin mübarizəsində Zəhra Kərimzadə (53 kq) türkiyəli İlayda Çini "tuş"la məğlub edərək yarımfinala yüksəlib. O, finala gedən yolda hindistanlı Tanu Şarma ilə qarşılaşacaq.

Esra Məmmədli (72 kq) isə təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızıya məğlub olub (1:7).

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da, medallar uğrunda görüşlər isə 20:00-da başlayacaq.

16:26

Slovakiyanın Bratislava şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçiləri Ayxan Cavadov və Elmin Əliyev, eləcə də qadın güləşçi Zəhra Kərimzadə yarımfinala yüksəlib.

60 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Cavadov 1/4 finalda braziliyalı Pedro Enrike de Souza Rodriqesi 6:2 hesabı ilə məğlub edib.

82 kq-da çıxış edən Elmin Əliyev isə özbəkistanlı Bekmurod Rustamova qarşı görüşdə ilk xal prinsipinə əsasən 1:1 hesablı qələbə qazanaraq adını yarımfinala yazdırıb.

Qadın güləşində 72 kq çəki dərəcəsində mübarizə aparan Zəhra Kərimzadə türkiyəli İlayda Çini “tuş”la məğlub edərək yarımfinala yüksəlib.

Qeyd edək ki, U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.

15:29

Slovakiyanın Bratislava şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, yarışda Azərbaycanın yunan-Roma güləşçiləri Elmin Əliyev və Ayxan Cavadov növbəti mərhələyə yüksəlib.

82 kq çəki dərəcəsində mübarizə aparan Elmin Əliyev əvvəlcə təsnifat mərhələsində gürcüstanlı Luka Pipiyanı 8:0 hesabı ilə məğlub edib. Güləşçimiz 1/8 finalda isə yaponiyalı Rondo Kodamanı eyni hesabla üstələyərək 1/4 finala vəsiqə qazanıb.

60 kq-da çıxış edən Ayxan Cavadov da uğurlu start götürüb. O, 1/8 finalda fransalı Maqomed Varayevi 9:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

53 kq çəki dərəcəsində mübarizə aparan qadın güləşçimiz Esra Məmmədli isə təsnifat mərhələsində qazaxıstanlı Dinara Dauylkızıya 1:7 hesabı ilə uduzub.

09:44

Slovakiyanın Bratislava şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan güləşi üzrə millimizin daha beş üzvü mübarizəyə qoşulacaq.

53 kq çəki dərəcəsində qadın güləşçimiz Esra Məmmədli təsnifat mərhələsində qazaxıstanlı Dinara Daulkızı ilə qarşılaşacaq.

Yunan-Roma güləşində 82 kq çəki dərəcəsində mübarizə aparan Elmin Əliyev təsnifat mərhələsində Gürcüstan təmsilçisi Luka Pipia ilə üz-üzə gələcək.

60 kq-da çıxış edən Ayxan Cavadov 1/8 finalda fransalı Magomed Varayev - ABŞ təmsilçisi Manuel Emilio Saldate cütünün qalibi ilə qarşılaşacaq.

72 kq çəki dərəcəsində qadın güləşçimiz Zəhra Kərimzadə 1/4 finalda Türkiyə təmsilçisi İlayda Cinlə üz-üzə gələcək.

55 kq-da yunan-Roma güləşçimiz Emin Cavadlı isə bürünc medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Çin təmsilçisi Jiale Li – Yaponiya güləşçisi Hiro Sakamoto cütünün qalibi olacaq.

Qeyd edək ki, U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.

İdman.Biz