Güləş üzrə U-20 DÇ: Nəhmətov vitse-çempion oldu, Əhmədov bürünc medal qazandı - YENİLƏNİB

17 Avqust 2026 21:06
1 271
Güləş üzrə U-20 DÇ: Nəhmətov vitse-çempion oldu, Əhmədov bürünc medal qazandı - YENİLƏNİB

Azərbaycan güləşçisi Cavidan Nəhmətov Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında gümüş medal qazanıb.

İdman.Biz xəbər verir ki, yunan-Roma güləşi üzrə 77 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü finala yüksəlib. Həlledici qarşılaşmada məğlub olan Nəhmətov dünya çempionatını ikinci pillədə başa vuraraq vitse-çempion olub.

Azərbaycan millisinə daha bir medalı Tural Əhmədov qazandırıb. 63 kq çəki dərəcəsində çıxış edən güləşçimiz əvvəlcə təsəlliverici görüşdə qələbə qazanıb, daha sonra isə üçüncü yer uğrunda qarşılaşmada rəqibindən üstün olaraq bürünc medala sahib çıxıb.

Yarışda həmçinin Emin Cavadlı (55 kq), Murad Əliyev (67 kq), Kamran Rəcəbli (72 kq) və Rihad İbrahimli (97 kq) də iştirak ediblər.

Cavadlı üç qələbə qazanaraq yarımfinala yüksəlib, lakin bu mərhələdə məğlub olub. Əliyev, Rəcəbli və İbrahimli isə ilk görüşlərində uduzublar.

Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.

20:29

Azərbaycanın yunan-Roma güləşçisi Tural Əhmədov Slovakiyanın paytaxtı Bratislavada keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz əvvəlcə təsəlliverici görüşdə qələbə qazanıb, daha sonra isə bürünc medal uğrunda qarşılaşmada rəqibindən üstün olub.

Azərbaycan millisinin digər üzvü Cavidan Nəhmətov (77 kq) finala yüksəlib və qızıl medal uğrunda mübarizəsini davam etdirir.

Yarışda həmçinin Emin Cavadlı (55 kq), Murad Əliyev (67 kq), Kamran Rəcəbli (72 kq) və Rihad İbrahimli (97 kq) də mübarizə aparıblar. Cavadlı üç qələbə qazanaraq yarımfinala yüksəlib, lakin bu mərhələdə məğlub olub. Əliyev, Rəcəbli və İbrahimli isə ilk görüşlərində uduzublar.

Qeyd edək ki, Bratislavada keçirilən U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.

15:41

Slovakiyanın Bratislava şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin daha dörd üzvü mübarizəyə qoşulub.

55 kq çəki dərəcəsində çıxış edən Emin Cavadlı iki qələbə qazanaraq 1/4 finala yüksəlib. Murad Əliyev (67 kq), Kamran Rəcəbli (72 kq) və Rihad İbrahimli (97 kq) isə rəqiblərinə məğlub olublar.

Bundan başqa, daha iki Azərbaycan güləşçisi medal uğrunda mübarizəni davam etdirir. Cavidan Nəhmətov (77 kq) final görüşünə çıxacaq. Tural Əhmədov (63 kq) isə təsəlliverici mərhələdə qələbə qazanaraq bürünc medal uğrunda qarşılaşmaq hüququ əldə edib.

Qeyd edək ki, U-20 dünya çempionatı avqustun 23-dək davam edəcək.

İdman.Biz