Azərbaycan güləşçiləri dünya çempionatına hazırlığın son mərhələsinə başlayıblar

14 Oktyabr 2026 19:23
89
Azərbaycan güləşçiləri dünya çempionatına hazırlığın son mərhələsinə başlayıblar

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası dünya çempionatına hazırlığın son mərhələsinə start verib.

İdman.Biz xəbər verir ki, baş məşqçi Məhəmməd Bəna, məşqçilər Bəhruz Həzrətipur və Rəsul Cəzininin rəhbərliyi altında keçirilən hazırlıq prosesində əsas diqqət taktiki-texniki məşqlərə və rəqiblərin təhlilinə yönəldiləcək.

Təlim-məşq toplanışına aşağıdakı güləşçilər cəlb olunublar:

55 kq: Eldəniz Əzizli, Emin Cavadlı

60 kq: Murad Məmmədov, Nihad Quluzadə

63 kq: Nihat Məmmədli, Tural Əhmədov

67 kq: Həsrət Cəfərov, Məhəmməd Qasımzadə

72 kq: Ülvü Qənizadə, Fəraim Mustafayev

77 kq: Sənan Süleymanov, Davud Məmmədov, Cavidan Nehmətov

82 kq: Qurban Qurbanov

87 kq: İslam Abbasov, Laçın Vəliyev, Emil Abasov

97 kq: Murad Əhmədiyev

130 kq: Sərxan Məmmədov, Beka Kandelaki

Qeyd edək ki, Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizə oktyabrın 24-dən 27-dək davam edəcək.

İdman.Biz