Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

14 Oktyabr 2026 09:27
722
Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

ABŞ-nin Las-Veqas şəhərində 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, yunan-Roma güləşçisi Elmir Əliyev (60 kq) mundialın finalında qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olaraq gümüş medala sahib çıxıb.

Digər Azərbaycanın yunan-Roma güləşçilərindən Fərid Xəlilov (72 kq) bürünc medal uğrunda görüşdə türkiyəli İbrahim Özdəmirə 0:10 hesabı ilə uduzub. O, yarışı beşinci pillədə başa vurub.

Məzaim Mərdanov (130 kq) 1/4 final mərhələsində rusiyalı Ali İlyasova 0:8, Orxan Hacıyev (87 kq) isə iranlı Yasin Yazdiyə 2:6 hesabı ilə məğlub olub.

00:45

ABŞ-nin Las-Veqas şəhərində 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin daha beş üzvü mübarizəyə qoşulub.

Bunlar Fərid Sadıxlı (55 kq), Ayxan Cavadov (63 kq), Ruslan Nurullayev (77 kq), Orxan Hacıyev (87 kq) və Məzahim Mərdanovdur (130 kq).

Keçirilən görüşlərin nəticələrinə əsasən, Orxan Hacıyev və Məzahim Mərdanov rəqiblərini üstələyərək dörddəbir finala yüksəliblər.

Fərid Sadıxlı isə səkkizdəbir finala vəsiqə qazanıb.

Ayxan Cavadov və Ruslan Nurullayev ilk görüşlərində məğlub olaraq dünya çempionatında mübarizəni dayandırıblar.

İdman.Biz