Belarus Açıq Kubokunda uğurla çıxış edən Azərbaycanın deflimpiyaçı güləşçiləri Vətənə qayıdıblar.
İdman.Biz xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızın qarşılanma mərasimi keçirilib.
Qomel şəhərində təşkil olunan beynəlxalq turnirdə yığmamız beş ölkənin təmsilçiləri mübarizə aparıb və ümumilikdə doqquz medal qazanıb. Turnirdə 9 idmançı ilə təmsil olunan Azərbaycan komandası ümumilikdə 9 (4 qızıl, 3 gümüş, 2 bürünc) medal qazanıb.
Murad Cəfərov (55 kq), Kənan Allahverdiyev (60 kq), Namiq Əliyev (72 kq) və İlkin Həmzəyev (82 kq) qızıl, Ceyhun İsazadə (60 kq), Tuncay İbrahimzadə (77 kq) və Elimxan Qırxlarzadə (130 kq) gümüş, Qəmbər Türbətzadə (72 kq) və Zöhrab Mehdiyev (77 kq) isə bürünc medala sahib olublar.
Azərbaycan komandası bu nəticə ilə Belarus Açıq Kubokunun komanda hesabında birinci yerə layiq görülüb.
