Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev ABŞ-nin Las-Veqas şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatının finalına vəsiqə qazanıb.
İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinal görüşündə Özbəkistan təmsilçisi Mehroj Bəhramovu 4:2 hesabı ilə məğlub edib.
Bununla da Elmir Əliyev dünya çempionatında özü üçün ən azı gümüş medalı təmin edib.
Azərbaycan güləşçisi oktyabrın 14-də keçiriləcək final görüşündə qazaxıstanlı Aybek Aytbekovla qarşılaşacaq.
02:30
ABŞ-nin Las-Veqas şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında Azərbaycanın yunan-Roma güləşi üzrə təmsilçiləri çıxışlarını davam etdirirlər.
İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Elmir Əliyev polşalı Olivye Tomaş Skşipçakı texniki üstünlüklə - 8:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
72 kq çəkidə çıxış edən Fərid Xəlilov da uğurlu nəticə göstərib. O, Özbəkistan təmsilçisi Şahzod Kuçkorova 4:1 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb.
82 kq çəki dərəcəsində Elmin Əliyev əvvəlcə macarıstanlı Sabolç İştvan Sinayı 5:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Lakin bu mərhələdə İsveç təmsilçisi Aleksander Mikael Yohanssona gərgin mübarizədə 2:3 hesabı ilə uduzub.
67 kq çəkidə mübarizə aparan Məhəmməd Şükürzadə isə 1/8 finalda türkiyəli Azat Sarıyara 1:5 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
97 kq çəki dərəcəsində çıxış etməli olan İsmayıl Rzayev zədə səbəbindən yarışdan çəkilmək məcburiyyətində qalıb.
Beləliklə, Elmir Əliyev və Fərid Xəlilov dünya çempionatında yarımfinala yüksəlmək uğrunda mübarizəni davam etdirəcəklər.
