Fərid Qayıbov Qazaxda yeni güləş zalında aparılan işlərlə tanış olub - FOTO

21 Noyabr 2026 14:34
42
Fərid Qayıbov Qazaxda yeni güləş zalında aparılan işlərlə tanış olub

Noyabrın 20-də gənclər və idman naziri Fərid Qayıbov Qazax şəhər mərkəzi stadionunun ərazisində yaradılan güləş zalında aparılan işlərlə tanış olub.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi regionda güləşin inkişafına töhfə vermək və idmançıların məşq şəraitini yaxşılaşdırmaqdır.

Layihəyə əsasən, zalda üç ədəd güləş xalçasının yerləşdirilməsi nəzərdə tutulub.

İdman.Biz