Bakıdakı dünya çempionatının proqramı açıqlandı

17 Noyabr 2026 19:11
82
Bakıdakı dünya çempionatının proqramı açıqlandı

Bakıda noyabrın 23-25-də keçiriləcək qrepplinq üzrə dünya çempionatının ətraflı proqramı açıqlanıb.

İdman.Biz xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) yayımladığı proqrama əsasən, ilk yarış günündə 15 və 17 yaşadək idmançılar mübarizə aparacaqlar.

Noyabrın 24-də 20 yaşadək idmançılar, ertəsi gün isə böyüklər arasında dünya çempionları müəyyənləşəcək.

Hər üç yarış günündə bütün çəki dərəcələri üzrə təsnifat görüşləri saat 10:00-da, təsəlliverici və medal qarşılaşmaları isə saat 18:00-da başlayacaq.

Dünya çempionatı UWW-nin rəsmi saytında pulsuz canlı yayımlanacaq. Görüşləri izləmək üçün elektron poçt ünvanı ilə hesab yaratmaq kifayət edəcək.

İdman.Biz